Facebook Hacker Cup 2013 – Beautiful Strings

Bugün Rəşadın tweetini gördüyüm zaman Facebook Hacker Cupın başladığından xəbərim oldu.

Birinci sualı aşağıda yazdığım kimi həll elədim. Sırf output format düzgün deyildi deyə qəbul edilmədi. Düzgün format necədir bilən var? :)

<?php

// input
$input = "5\nABbCcc\n Good luck in the Facebook Hacker Cup this year!\nIgnore punctuation, please :)\nSometimes test cases are hard to make up.\nSo I just go consult Professor Dalves";


// split input into lines
$lines = explode("\n", $input);
$number_of_lines = $lines[0];


for($i = 1; $i <= $number_of_lines; $i++)
{
    // lowercase all
    $string = strtolower($lines[$i]);

    // ignore punctuations and space
    $string = preg_replace('/[^a-z]/', '', $string);

    // letter frequency
    $string_letters = str_split($string);
    $letter_frequency = (array_count_values($string_letters));

    // sort by frequency descending
    arsort($letter_frequency);

    $k = 0;
    foreach ($letter_frequency as $letter => $frequency)
    {
        $score[$i] += (26 - $k) * $frequency;
        $k++;
    }

}

// output
for($i = 1; $i <= $number_of_lines; $i++)
{
    echo "Case #".$i.": ".$score[$i]."<br />\n";
}

Sualın keçidi: https://www.facebook.com/hackercup/problems.php?pid=475986555798659&round=185564241586420

JIRA – Layihə idarə sistemi

JIRA

Uzun zamandır AzerDict daxil bir neçə proyekt üçün istəklərimə uyğun və düzgün bir layihə idarə sistemi (project management software) axtarırdım. Basecamp kimi hosted servislərdən tutmuş redmine və bənzəri pulsuz self-hosted scriptləri yoxladım. Bəziləri dizayn, bəziləri də funksionallıq baxımından qanedici deyildi. Beləliklə, mən daxil layihə dostlarımın (team-mate) belə bir servisdən istifadə motivasiyası etmə düşürdü.

Hal-hazırda işlədiyim yerdə istifadə edilən JIRA-ı yoxladıqdan sonra istədiyimi tapmışdım. Həqiqətən mükəmməl bir sistemdir. Əslində məhsulun müştərilərinə baxmaq yetərlidir; aralarında  facebook, twitter, linkedin, ebay və hətta adobe kimi işi software yazmaq olan və s. kimi nəhəng şirkətlərin olması bunun sübutudur.

Qiymətinin də sərfəli olduğunu düşünürəm. Maksimum 10 nəfərlik bir qrup üçün 10$ kimi cuzi bir qiymətə (yazdıqlarına görə də, bu pul da xeyriyyə üçün istifadə olunurmuş) lisansı aldıqdan sonra server-ə problemsiz yüklədim. Amma təbii ki, böyük qruplar üçün biraz bahalıya başa gələ bilər. Bundan başqa, funksionallığı artırmaq üçün daxilində bir neçə faydalı pluginləri var. Məhsul ilə birlikdə GreenHopper (Agile Project Management üçün) pluginini də işlətməyinizi tövsiyyə edirəm.

Salamlar!

Bu domain adı altında ilk blog postum. Bəzən yazmağa ehtiyac gördüyüm məlumatları digər blogumdan fərqli olaraq Azərbaycan dilində vaxt olduqca burda qeyd etməyə çalışacam. Aktiv olduğum microblogging (@seferov) 140 simvol limiti ilə son zamanlarda bəzi fikirlərimi tamamilə ifadə etməyə imkan vermir. Beləliklə, bu qısa və arada bir yazacağım blogu yaratma ehtiyacı hiss etdim. Qısaca, sizləri xoş gördük!